Ağdaşda avtomobil yaşlı qadını vurub


Digərləri 22 Yan 2019 21:31:00 199 0

Ağdaşda avtomobil yaşlı qadını vurub

Ağdaşda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə rayon mərkəzində, "Ağsaray" şadlıq sarayının qarşısında baş verib.

Belə ki, "VAZ-21-06" markalı avtomobil 1937-ci il təvəllüdlü rayon sakini Soltanova Şərqiyə Nəsir qızını vuraraq, ona xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib. Onun durumunun qənaətbəxş olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Ağdaşda baş verən yol qəzasında 1 nəfər ölüb, daha 1 nəfər yaralanıb.