Parisdə prezident sarayının yaxınlığında bank qarət olundu


Dünya 22 Yan 2019 21:16:00 218 0

Parisdə prezident sarayının yaxınlığında bank qarət olundu

Fransanın paytaxtı Parisdə prezident sarayının yaxınlığında bank qarət olunub.

Son.az Trend-ə istinadən bildirir ki, günorta saatlarında dörd silahlı şəxs banka daxil olub, əməkdaşların əl-qolunu bağlayaraq seyfləri boşaltmağa başlayıb.

30 seyfi boşaltdıqdan sonra soyğunçular hadisə yerindən uzaqlaşıb. Qarət olunan məbləğ açıqlanmır.