Övladınız xəstə olsa belə onu teztez çimizdirin


Digərləri 22 Yan 2019 21:05:00 336 0

Övladınız xəstə olsa belə onu teztez çimizdirin

Vacib olan şərt heç xəstələnməmək deyil, xəstələnən zaman infeksiyanı təhlükəsiz şəkildə sonlandırmaqdır.

Son zamanlara havaların nəmli və küləkli keçməsi səbəbindən insanlar arasında qrip infeksiyası geniş yayılıb. Əsasən də kiçik uşaqların tez yoluxduqları bu xəstəlik yüksək temperatur, öskürək və burun axıntısı kimi əlamətlərlə özünü büruzə verir.

Həkimlər uşaqlarda bu cür hallar müşahidə edildikdə dəman müalicəsi ilə yanaşı bir sıra məqamlara diqqət yetirməyi də məsləhət görürlər.

Son.az medicina.az-a istinadən bildirir ki, həkimlər xəbərdarlıq edir ki, uşağınız xəstə olsa da onun su ilə təmasını azaltmayın, əksinə daha da tez-tez çimizdirin. Bu onun dərisində yığılan mikrobları və onların toksinlərini təmizləyərək uşağın təkrar yoluxmasının qarşısını alacaqdır.