Yuxuda görülən inanılmaz kəşflər


Digərləri 22 Yan 2019 20:44:00 377 0

Yuxuda görülən inanılmaz kəşflər

Hələ də elmi cəhətdən yuxunun sirri tam mənada açılmayıb. Bu sahədə müxtəlif elmi nəzəriyyələr olsa belə, yenə də bu "dügün" ətraflı şəkildə açılmayıb.

Ən maraqlısı isə odur ki, tarixdə bir çox elmi kəşflər, ixtiralar məhz yuxuda kəşf olunub.

Son.az Teleqraf.com-a istinadən məşhurların yuxuda ərsəyə gətirdiyi bir sıra kəşfləri təqdim edir:

- 1816-ci ildə Mari Şelley məşhur romanındakı Frankensteini yuxuda gördü və qələmə aldı. Beləcə o, ilk elmi fantastika romanının əsasını qoydu.

- "The Beatles" qrupunun dünya şöhrətli mahnısı "Yesterday"in bəstəsi də yuxuda yazılıb. Paul Mkkartney 1965-ci ildə səhər ağlında bir bəstə ilə oyandı və dərhal pianonun başına keçib ailəsi və dostları üçün ifa etdi. Hətta bu musiqini hardasa eşidib-eşitmədiklərini sual etdi. Mahnının özünə məxsus olduğunu qətiləşdirdikdən sonra Con Lennon ilə birlikdə sözlərini yazdılar.