İsrail zərbələrə davam edəcək


Dünya 22 Yan 2019 20:49:00 206 0

İsrail zərbələrə davam edəcək

İsrail Suriyada İranın obyektlərinə zərbələr endirməyə davam edəcək.

Son.az bildirir ki, bunu Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert bu fonda İsraillə İran arasında ötən ilin mayından Suriya ilə bağlı davam edən gərginliyin artacağını bildirib:

" Növbəti hücumlar İsrailin ümumi dəst-xəttinin tərkib hissəsidir və əsas məqsəd İranı Suriyadan çıxarmaqdır. Əslində, Rusiya ilə soyuq münasibətlər də İsrailə İranın Suriyadakı obyektlərinə zərb endirmək üçün əlverişli şərait yaradır. Son günlər Rusiya ali rütbəli şəxslərinin İsrailə səfərlərinə baxmayaraq, siyasi rəhbərlik səviyyəsindəki əlaqələr bərpa olunmur. Bu isə İsrailin Suriyada əl-qolunu açır. Maraqlı isə İranın hücumlara kəskin reaksiya verməməsidir. İran İsrailin hücum etdiyi obyektlərin Suriyaya məxsus olduğunu iddia edir. Suriya rəsmiləri də bunu pisləyirlər. Ümumiyyətlə, yaxın aylarda vəziyyət dəyişməyəcək və İsrail Suriyada İranın obyektlərinə zərbələr endirməyə davam edəcək".

Politoloq belə bir vəziyyətin İsrailə sərf etdiyini bildirib:

"İsraildə apreldə parlament seçkiləri keçiriləcək. İsrail yaranmış bu vəziyyətdən siyasi məqsədlər üçün də istifadə edə bilər. Bu cür kampaniyalar Netanyahuya reytinqini yüksək səviyyədə saxlamaq imkanı yaradır".

Politoloq bu mənada ABŞ-ın İsrailə siyasi və hərbi dəstək verəcəyini deyib: