Fevraldan yeni taksi duracaqlarının tikintisinə başlanacaq


Digərləri 22 Yan 2019 18:24:00 243 0

Fevraldan yeni taksi duracaqlarının tikintisinə başlanacaq

Bu ilin fevral ayından etibarən yeni taksi duracaqlarının tikintisinə başlanacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə heyətinin sədri Vüsal Kərimli bu gün keçirilən mətbuat konfransında bildirib.

V.Kərimli qeyd edib ki, duracaqlarda yalnız fərqlənmə nişanı almış taksilər xidmət göstərə biləcək:

"Taksi sayının yuxarı həddi müəyyən olunub. Hazırda müəyyən istiqamətlərdə qanunvericiliyin təkmilləşdirilməsi aparılır. Ümumilikdə 28 min taksi qeydiyyatdan keçib. Amma onlardan fərqlənmə nişanı alanların sayı 5-6 mindən artıq deyil. Demək qalan taksilər qanunsuz olaraq fəaliyyət göstərir".