Dünyanın ən bahalı brendi məlum olub


Dünya 22 Yan 2019 16:34:00 225 0

Dünyanın ən bahalı brendi məlum olub

"Brand Finance" məsləhətçi şirkətinin dünyanın ən bahalı brendlərinin illik reytinqində ikinci dəfədir ilk yeri "Amazon" şirkəti tutub.

Son.az report-a istinadən xəbər verir ki, bu dəfə şirkətin brandı 187,9 milyard ABŞ dolları məbləğində qiymətləndirilib, yəni əvvəlki ilə nisbətən "Amazon" 25 faiz bahalaşıb.

İkinci yerdə qərarlaşan "Apple" şirkətinin brendi il ərzində 5 faiz bahalaşaraq 153,6 milyard dollar, üçüncü yerdəki "Google" brendi 18 faiz bahalaşaraq 142,7 milyard dollar, dördüncü yerdəki "Microsoft" 47 faiz (!) bahalaşaraq 119,5 milyard dollar, beşinci yerdəki "Samsung" isə 1 faiz ucuzlaşaraq 91,2 milyard dollar məbləğində qiymətləndirilib.