Rusiyada silahlı şəxs sərnişin təyyarəsini ələ keçirdi


Dünya 22 Yan 2019 15:55:00 219 0

Rusiyada silahlı şəxs sərnişin təyyarəsini ələ keçirdi

Surqut-Moskva reysi ilə uçan təyyarə silahlı şəxs-41 yaşlı Pavel Ş. tərəfindən ələ keçirilib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bununla bağlı avia-dispetçer xidmətindəki mənbə məlumat verib.

Onun sözlərinə görə, silahlı şəxs təyyarənin Əfqanıstana doğru uçmasını tələb edib.

Bildirilib ki, həmin şəxs narkotik, oğurluq və xuliqanlıq maddələri ilə əvvəllər məhkum edilib.

Təyyarədə yeddi ekipaj üzvü və 69 sərnişin var.

Təyyarə Rusiya Xantı-Mansi Muxtar Dairəsi yaxınlığında yüksəkliyini azaldıb.