Rusiyada poçt şöbələrində pivə də almaq olar FOTO


Dünya 22 Yan 2019 14:34:00 254 0

Rusiyada poçt şöbələrində pivə də almaq olar  FOTO

"Rusiya poçtu"nun təsdiq etdiyi xəbərə görə, ölkənin Poçt adminstrasiyasının, xüsusilə kənd massivlərində yerləşən 3 mindən çox şöbəsində keyfiyyətli alkoqollu məhsulların satışı ilə də məşğul olacaqlar.

Son.az Trend-ə istinadən xəbər verir ki, şəhərlərdə yerləşən şöbələrdə də zəif alkoqollu içkilərin ticarətinə başlanıb. Qurumun bu cür addım atmasına səbəb keyfiyyətsiz alkoqollu içki məhsullarının satışının azaldılmasıdır.

Respublikanın milli Poçt operatorunun yaydığı informasiyaya görə, "Rusiya poçtu" bu satışlara 2018-ci ildə start verib. Rusiyanın Kalininqrad şəhərində isə alkoqollu içki məhsullarının poçt şöbələrində test rejimi üsulu ilə satışına hələ 2014-cü ildə gəlirlərin arıtılması məqsədilə başlanılıb.


Xəbərə aid fotolar