Qusarda “Hyundai” 3 piyadanı vurdu, biri öldü


Digərləri 22 Yan 2019 13:32:24 217 0

Qusarda “Hyundai” 3 piyadanı vurdu, biri öldü

Qusar şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Qusar şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, yanvarın 21-də saat 19 radələrində Qusar şəhəri ərazisində İmamqulukənd kənd sakinləri - Elşad Aslanxanovun və Azad Şıxqayıbovun idarə etdikləri “Hyundai” və “VAZ-21154” markalı avtomobillər toqquşub. Sonradan E.Aslanxanov idarəetməni itirdiyindən yaxınlıqda olan şəhər sakinləri Samir Salmanovu, İdris Seyfullayevi və Kamran Sədiyevi vurub. Nəticədə S.Salmanov hadisə yerində ölmüş, digər 2 piyada xəstəxanaya yerləşdiriliblər.