Azərbaycanda görünməmiş hadisə:


Digərləri 22 Yan 2019 12:28:00 279 0

Azərbaycanda görünməmiş hadisə:

İkinci, üçüncü, dördüncü və beşinci çağırış (20 ildir Milli Məclisdədir) Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Sosial Rifah Partiyasının sədri, Xanhüseyn Kazımlı "Yapı Kredi Bank Azərbaycan" QSC-yə borc müqabilində girov qoyulan Novxanıdakı villasından olub.

Son.az xəbər verir ki, finans.az-ın əldə etdiyi məlumata əsasən, 26 fevral 2014-cü il tarixində "Yapı Kredi Bank Azərbaycan" QSC ilə üçüncü şəxs "Aqroflora" MMC arasında illik 12% olmaqla 36 ay müddətinə 400 000 manat məbləğində kreditin verilməsinə dair 137970/01nömrəli kredit müqaviləsi bağlanıb. Kreditin təminatı olaraq deputata məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən ümumi sahəsi 301,5 kvadrat metr olan 332E nömrəli ev bankın xeyrinə yüklü edilib.

Bundan əlavə, həmin tarixdə bank ilə millət vəkilinin özü, Kazımov Dəyanət Qüdrət oğlu, Kazımova Əsli Xanhüseyn qızı arasında zaminlik müqavilələri bağlanıb.

Eləcə də bax: Vergilər Nazirliyində nöqsanlar aşkarlanıb - RƏSMİ AÇIQLAMA

Bundan sonra bank "Aqroflora" MMC-yə, deputata, Kazımov Dəyanət Qüdrət oğluna, Kazımova Əsli Xanhüseyn qızına və Kazımlı Samir Xanhüseyn oğluna qarşı "kredit borcunun, ona hesablanan faizlərin və dəbbə pulunun tutulması, tələbin ipoteka ilə yüklü edilən əmlaka yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edib.

Məhkəmə iddianı qismən təmin edib və cavabdehlərdən müştərək qaydada bankın xeyrinə cəmi 405 701,34 manat kredit borcunun tutulması, tələbin ipoteka predmeti olan 332E saylı evə yönəldilməsini, həmin mənzilin ilkin satış qiymətinin 700 000,00 manat məbləğində müəyyən edilərək açıq hərracda ixtisaslaşdırılmış müəssisə vasitəsilə satılmasını və onun satışından əldə edilən pul vəsaiti hesabına cavabdeh "Aqroflora" MMC-nin iddiaçı "Yapı Kredi Bank Azərbaycan" QSC-yə olan kredit borcunun ödənilməsini qət edib.

Beləliklə, 2 noyabr 2016-cı il tarixdə deputata məxsus ev ilkin satış qiyməti 700 000,00 manat olmaqla "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC tərəfindən hərraca çıxarılıb.


Xəbərə aid foto