Əhalinin banklardakı pulları artır


Digərləri 22 Yan 2019 12:04:00 224 0

Əhalinin banklardakı pulları artır

2018-ci il dekabr ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz artaraq 8 milyard 073,5 milyon manat təşkil edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, əmanətlərin 62,6 faizi xarici, 37,4 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 32,2 faiz artıb, xarici valyutada əmanətlər isə 0,7 faiz azalıb.

2018-ci il dekabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli isə milli valyuta ekvivalentində 12 milyard 564,2 milyon manat təşkil edib, onun 9 milyard 870,2 milyon manatı uzunmüddətli kreditlər olub.