""Tarkanın taxtı"na yiyələnmək kimi bir niyyətim yoxdur"


Digərləri 22 Yan 2019 11:55:00 188 0

""Tarkanın taxtı"na yiyələnmək kimi bir niyyətim yoxdur"

Türkiyəli ifaçı Edis “Kanal D”də yayımlanan “İkinci sayfa” proqramına müsahibə verib

Türkiyəli ifaçı Edis "Kanal D"də yayımlanan "İkinci sayfa" proqramına müsahibə verib.

Son.az axşam.az-a istinadən bildirir ki, müğənni jurnalistin "Sizin haqqınızda "Tarkanın taxtını əlindən alacaq" deyirlər. Buna münasibətiniz necədir" sualı qarşısında çaş-baş qalıb.

"Elə bir şey ola bilməz. Tarkan olduğu müddətdə "Yeni Tarkan" olmaq, onun taxtına yiyələnmək kimi bir niyyətim yoxdur. Bu, əslində, məni qürurlandırır, amma, eyni zamanda, mənə zərər verir. Mən də Tarkanın fanatıyam. Öncə Edis olum, sonra baxarıq, kim olacağam. Belə mövzulardan danışılanda çox pis oluram", - Edis cavab verib.