Rusiyadan Tailanda uçan təyyarə geri qayıtmalı oldu


Dünya 22 Yan 2019 11:59:00 216 0

Rusiyadan Tailanda uçan təyyarə geri qayıtmalı oldu

Rusiyanın "Nordwind Airlines" aviaşirkətinə məxsus, İrkutsk şəhərindən Tailandın Pxuket adasına uçan təyyarə uçuşunu yarımçıq kəsib.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, buna səbəb təyyarənin mühərrikindən kənar səslərin gəlməsi olub.

İrkutsk hava limanında təkrar yerə enən təyyarənin göyərtəsində 430 sərnişin və 15 ekipaj üzvü olub. Onlardan heç biri xəsarət almayıb.