Dumanlı hava QƏZAYA SƏBƏB OLDU: “O məni, mən də onu görmədim” VİDEO FOTO


Digərləri 22 Yan 2019 11:41:00 239 0

Dumanlı hava QƏZAYA SƏBƏB OLDU: “O məni, mən də onu görmədim”  VİDEO  FOTO

Oğuzda baş verən qəzada ər və arvad xəsarət alıb. Son.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində "Opel" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Zərbənin təsirindən "VAZ" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Sürücü, Kərimli kənd sakini 63 yaşlı Alxas Mahmudov və onun həyat yoldaşı 63 yaşlı Malikə Mahmudova xəsarət alıblar. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirliblər. Qəzanın havanın dumanlı olması səbəbindən baş verdiyi ehtimal edilir. Pərviz Məmmədxanov - "OPEL"in sürücüsü: "Hava dumanlı idi. O, məni, mən də onu görmədim. Bu hadisə baş verdi". Faktla bağlı araşdırma aparılır.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar