Bakıda sevgilisi tərəfindən qaçırılıb öldürüldüyü deyilən qız "dirildi" FOTO


Digərləri 22 Yan 2019 11:26:09 200 0

Bakıda sevgilisi tərəfindən qaçırılıb öldürüldüyü deyilən qız "dirildi"  FOTO

Bakıda sevgilisi olduğu deyilən Asif adlı şəxlə danışdıqdan sonra yoxa çıxan Qəhrəmanova Ayşəndən xəbər var.

Son.az xəbər verir ki, yoxa çıxan qızın anası "Səni axtarıram"ın efirində qızını Asif adlı şəxsin qaçırıb öldürdüyünü bildirib.

Lakin studiyaya gələn telefon zəngi ananın iddiasını alt-üst edib. Belə ki, adını açıqlamayan şəxs zəng edərək Ayşənin yerini bildiyini deyib. Həmin şəxs itkin qızın Binədə olduğunu, dəqiq harada qaldığını bildiyini qeyd edib.

Məsələ araşdırılır.

Məhəmməd Vaqif Son.az