Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildi


Digərləri 22 Yan 2019 10:41:00 269 0

Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildi

Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən insan hüquq və azadlıqlarına daim xüsusi önəm verilərək bu istiqamətdə ardıcıl və məqsədyönlü islahatlar aparılır.

Bir qrup hüquq müdafiəçisi, eləcə də Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Mehman Hüseynov onun barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi üçün dövlət başçısına müraciət edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman olduğu kimi ədalət və humanizm prinsiplərini önə çəkərək həmin müraciətləri nəzərə alıb və cinayət işi üzrə araşdırmanın obyektiv aparılması, ədalətli və humanist qərar qəbul olunması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Baş prokuroruna tövsiyə edib.