Ötən il Azərbaycana 17 milyard manatdan çox investisiya qoyulub


Digərləri 22 Yan 2019 09:04:00 230 0

Ötən il Azərbaycana 17 milyard manatdan çox investisiya qoyulub

2018-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17 milyard 238,2 milyon manat və ya əvvəlki illə müqayisədə 4,4 faiz az vəsait yönəldilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, sərf edilmiş vəsaitin 68,0 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.

Bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub, qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 23,0 faiz artıb.