Google Pixel 3 Lite smartfonu


Digərləri 22 Yan 2019 08:51:00 202 0

Google Pixel 3 Lite smartfonu

Ukraynanın məşhur YouTube kanalı olan Andro News hələ təqdim edilməmiş Google Pixel 3 Lite smartfon modelinin ilk icmal videosunu təqdim edib. Bu barədə Gagadget.ru saytı xəbər verib. İcmal videosu daha sonradan ingilis dilinə tərcümə edilib. Beləliklə icmal videosu sözügedən smartfon barədə daha öncədən yayılmış məlumatları təsdiqləyib. Belə ki, Google Pixel 3 Lite smartfonu plastik materialdan hazırlanmış gövdəyə, Full HD+ keyfiyyətli 5.56 düym IPS ekrana, USB-C girişinə və ənənəvi 3.5 mm-lik audiogirişə sahib olacaq.

Son.az technote.az-a istinadən bildirir ki, əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 670 prosessoru, 4 GB RAM, 32 GB daxili yaddaş həcmi (ola bilsin 64 GB daxili yaddaş həcmli versiya da olsun) və Quick Charge 4+ sürətli enerji yığma texnologiyalı 2915 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Mənbənin verdiyi məlumata əsasən Pixel 3 Lite modelinin kameraları adi Pixel 3-dən heç də fərqlənmir. Pixel 3 Lite modeli Android 9.0 Pie əməliyyat sistemi vasitəsilə çalışır. Məlumata əsasən Pixel 3 Lite və Pixel 3 XL Lite modelləri yaz fəslinin əvvəlində təqdim olunacaqlar.