Karakasda polis etirazçılara atəş açır VİDEO YENİLƏNİB


Dünya 22 Yan 2019 08:38:00 258 0

Karakasda polis etirazçılara atəş açır  VİDEO  YENİLƏNİB

08:38

Venesuelanın payaxtı Karakasda yerli polis qüvvələri qiyam qaldırmağa cəhd göstərən hərbçilərə dəstək olaraq xalq etirazlarının keçirildiyi Los-Mesedores rayonunda insanlara atəş açıblar.

Son.az "Report"a istinadən bildirir ki, kadrlarda polis əməkdaşlarından birinin yenidən prezident seçilən Nikolas Maduronun əleyhinə şüarların səsləndirildiyi binaya bir neçə atəş açdığı görünür.

Etirazçılar yollarda hüquq-mühafizə orqanları avtomobillərinin hərəkətinə mane olmaq üçün yanan təkərlərdən, daşlardan və iriölçülü zibil qutularından barrikadalar qurublar.

01:57

Bakı. 22 yanvar. REPORT.AZ/ Bazar ertəsi Venesuelanın paytaxtı Karakasda bir qrup hərbçinin uğursuz qiyam qaldırmaq cəhdindən sonra hökumət əleyhinə çıxışlar davam edir.