5G smartfonunun prototipi ilə ilk zəng edilib


Digərləri 22 Yan 2019 08:25:00 213 0

5G smartfonunun prototipi ilə ilk zəng edilib

"ZTE" və "China Unicom" şirkətləri "5G" smartfonunun prototipindən istifadə etməklə beşinci nəsil mobil rabitə şəbəkəsində dünyada ilk uğurlu zəng ediblər.     Son.az ICTnews-a istinadən bildirir ki, səhra sınaqlarının təşkili üçün Çinin cənub-şərqində yerləşən Şençjen şəhəri seçilib. Zəng avtonom olmayan "Non Stand-Alone [NSA] 3GPP 5G NR" ("yeni radio") standartı arxitekturası əsasında həyata keçirilib.  

Oxşar zənglər əvvəllər həyata keçirilsə də, bu dəfə ilk dəfə olaraq kommersiya bazarına çıxarılmağa hazır olan "5G" smartfonunun prototipindən istifadə edilib. Test aparatı "ZTE" şirkəti tərəfindən təqdim edilib. Səhra sınaqları çərçivəsində, həmçinin internetə yüksəksürətli mobil çıxış, qrup şəklində olan zənglər və s. kimi yeni nəsil servislər test olunub.