Google Chromeda oğru tapıldı


Digərləri 22 Yan 2019 08:15:00 338 0

Google Chromeda oğru tapıldı

"ElevenPaths" şirkətinin kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssisləri "Google Chrome" brauzeri üçün təhlükəli genişlənmə aşkar ediblər. Bu genişlənmə bank kartlarının məlumatlarını oğurlayaraq onları hakerlərə göndərir.   Son.az ICTnews-a istinadən bildirir ki, "Flash Reader" genişlənməsi istifadəçinin kompüterinə quraşdırılandan sonra brauzerə müdaxilə edərək bank kartlarının məlumatlarını ələ keçirir. Sözügedən proqram 2018-ci ilin əvvəlindən "Google"un genişlənmələr mağazasında yerləşdirilib, lakin uzun müddət diqqətdən kənarda qalıb.   Ekspertlərin araşdırmasına görə, istifadəçinin şəxsi məlumatlarını yükləyən virus sonra onları hakerlərin serverinə göndərib.