Tanınmış aktyor: "Ölkədən kimlərin birinci qaçacağını bilirəm"


Digərləri 21 Yan 2019 23:46:00 271 0

Tanınmış aktyor: "Ölkədən kimlərin birinci qaçacağını bilirəm"

Bir müddət əvvəl Türkiyədə yayımlanan "Halk TV" telekanalında bildirdiyi fikirlərə görə məhkəməyə verilən və ölkədən çıxışına qadağa qoyulan məşhur türkiyəli aktyor Müjdat Gezen növbəti dəfə polis bölməsinə gedərək yaşadığı yeri tərk etməməsi sənədinə qol çəkib.

Son.az xəbər verir ki, məhkəmənin qərarına etdiyi etirazın qəbul edilmədiyini, heç bir qanunzidd hərəkətə yol vermədiyini deyən aktyor hələ də hansı səbəbdən ittiham edildiyini bilmədiyini deyib. İstanbulun Kadıköy adlanan hissəsindəki şöbədə vəkillərinin iştirakı ilə iltizamı imzalayan aktyor ölkədən qaçmaq niyyətinin olmadığını deyib: "Mənimlə birgə hüquqşünaslar var. Bir insan nə üçün qətimkan tədbiri olaraq iltizama qol çəkər? Ölkədən qaçmasın, məhkəmə sübutlarını məhv etməməsi üçün. Dəlil zatən onların öz əllərindədir, həmin görüntülərdə hər hansı cinayət tərkibi yoxdur. Qaldı ki, ölkədən xaricə qaçmağa. Əgər ölkədən hamı gedəsi olsa, ən axırıncı çıxacaq adam mənəm. Mən kimlərin ilk olaraq ölkədən qaçacağını bilirəm, amma adlarını deməyəcəyəm".