Nuradan ŞOK SÖZLƏR: "İndi kişilər xanımı bir işarə ilə əldə edir və..." FOTO


Şou-biznes 21 Yan 2019 23:31:00 727 0

Nuradan ŞOK SÖZLƏR: "İndi kişilər xanımı bir işarə ilə əldə edir və..."  FOTO

Bu yaxınlarda "Dönmək olmur" adlı mahnıya çəkilən yeni klipi ilə tamaşaçılarını sevindirən Nura Suri karyerasının parlaq və məhsuldar dövrlərini yaşamasına baxmayaraq, məhəbbətinə layiq olan insanla qarşılaşarsa, heç düşünmədən sənətdən uzaqlaşa biləcəyini etiraf edib.

Son.az bildirir ki, yaradıcılıq fəaliyyətinə aktiv şəkildə davam edən ifaçı publika.az-a müsahibə verib.

- Nura Suri hər zaman şən və enerjilidir. Nədir sizə güc verən?

- Yəqin ki, övladlarıma olan bağlılığımdır. Onlara hər şeyin yaxşısını vermək istəyirəm və başa düşürəm ki, bu, məsuliyyət ilk növbədə ananın çiyinləri üzərinə düşür. Sözsüz ki, ata da valideyndir, amma yaradan deyil. Bu missiyanı daşıyan anadır. Çox xoşbəxtəm ki, erkən yaşda ana olmağıma baxmayaraq, öz məsuliyyətimi hiss etmişəm. Nəticə etibarilə övlad sevgisi məni sözün yaxşı mənasında sadəcə irəliyə addımlamağa məcbur edib. Dayanmadan çalışıram ki, övladlarımın arzu və istəklərini həyata keçirə bilim. Gücüm analığımdadır...

- Son aylarda fasiləsiz olaraq çalışır və təqdim etdiyimiz yeni mahnılarla pərəstişkar ordusunu daha da genişləndirirsiniz.

- Əslində Nura Surini bəyənən və öz məclislərinə dəvət edən zövqlü və intellektual təbəqə azdır. Təəssüf ki, bu gün bayağı, səviyyəsiz və keyfiyyətlə yaxından-uzaqdan heç bir əlaqəsi olmayan işlər daha çox baxış sayı toplayır. Bəzən müğənni əzab-əziyyətlə klip çəkdirsə də, baxış sayı 100 mini keçə bilmir. Amma hansısa qeyri-peşəkarın, psixoloji cəhətdən anormal insanların videoçarxı rekord qırır, 1 milyondan çox izlənilir. Əlbəttə ki, sənətçi kimi istərdim ki, zövqlü insanların sayı çoxalsın və işlərimiz layiqli dəyərini qazansın.


Xəbərə aid fotolar