Honkonqda 4,6 mlrd. dollarlıq və 4,5 kmlik yeraltı tunel açılıb VİDEO


Digərləri 21 Yan 2019 22:00:00 257 0

Honkonqda 4,6 mlrd. dollarlıq və 4,5 kmlik yeraltı tunel açılıb  VİDEO

Honkonqun mərkəzində tikintisi 4,6 milyad dollara başa gələn avtomobil tunelinin açılışı olub.

Son.az report-a istinadən bildirir ki, tikinti işləri 10 il davam edib.

Yolötürücüsünün uzunluğu 4,5 kilometrdir. Onun böyük hissəsi Honkonq adasının şimal sahili boyunca yerin altından, həmçinin dənizin dibindən keçir. Tuneldə hər istiqamətdə üç hərəkət zolağı var.

Layihənin əsas məqsədi yollardakı sıxlığı azaltmaqdır. KİV-in məlumatına görə, əvvəllər Honkonqa maşınla getmək yarımsaata başa gəlirdisə, indi bu rəqəm 5 dəqiqəyə enib. Yoldan istifadə pulsuzdur.