Avropa İttifaqında transmilli narkomafiyaya zərbə endirilib


Dünya 21 Yan 2019 21:35:00 222 0

Avropa İttifaqında transmilli narkomafiyaya zərbə endirilib

Avropada irimiqyaslı əməliyyat çərçivəsində transmilli mafiya dəstəsinin üzvü olduğu ehtimal edilən 90 nəfər tutulub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, onlar əsasən narkotik maddələrin satışında, zorakılıq və dələduzluqda ittiham edilir.

Almaniya, Niderland, Belçika, İtaliyanın hüquq-mühafizə orqanları, həmçinin onların Latın Amerikası ölkələrindən olan həmkarları birgə təqib və təhqiqat aparıblar.