“Bu şəhərdə” necə populyarlaşdı?


Şou-biznes 21 Yan 2019 20:44:00 563 0

“Bu şəhərdə” necə populyarlaşdı?

Bir dəfə Rafaelin (Əməkdar artist Rafael İsgəndərov - red.) ağlına ideya gəldi ki, Rusiya televiziyalarının birində yayımlanan "Qorodok" verilişinin Azərbaycan variantını etsinlər. Coşqunla çox əziyyət çəkdilər. Hətta mən də pencəklərimdən, qalstuklarımdan verirdim ki, hər səhnəcikdə geyim almaq məcburiyyətində qalmasınlar. Tələbə yoldaşımız Maqsud qrim ustası kimi işlədiyinə görə saqqal, bığ kimi aksessuarları tapıb, onlara verirdi.

Son.az xəbər verir ki, bu sözləri tanınmış astroloq, jurnalist Səbuhi Rəhimli Modern.az-a müsahibəsində tələbə yoldaşları, əməkdar artistlər Coşqun Rəhimov və Rafael İsgəndərovla bağlı danışarkən deyib. O bildirib ki, aktyorlar sənətdə irəliləmək, bu yerlərə gəlib çıxmaq üçün çox əziyyətlər çəkiblər:

"Uzun əziyyətlərdən sonra "Bu şəhərdə" adı ilə populyarlaşıb sevildilər. Hətta "Bu şəhərdə" adlı restoran da açdılar. Çox sonralar Müşfiq Abbasovun köməkliyi ilə Rafaellə Coşqun bir az da parladılar. Amma təəssüf ki, bundan sonra cütlük tamaşalarda çıxış etmədilər, filmlərə çəkilmədilər, ancaq Heydər Əliyev Sarayında konsert verməklə kifayətləndilər".