İnstaqramın 88 yaşlı yeni fenomeni


Digərləri 21 Yan 2019 20:29:00 232 0

İnstaqramın 88 yaşlı yeni fenomeni

İspaniyanın Valensiya şəhərində yaşayan 88 yaşlı Conça Qarsia Zaera yaşıdlarından xeyli fərqlənir.

Son.az axşam.az-a istinadən xəbər verir ki, yaşıdları kimi hörgü hörmək, tikiş tikmək əvəzinə hobbi olaraq "Paint" proqramını öyrənib, orada yaratdığı əsərləri İnstaqram hesabında yerləşdirən Qarsia bununla fenomenə çevrilib.

Həyat yoldaşı xəstə olduğu üçün çölə az-az çıxan qadın evdə darıxmasın deyə övladları ona komputer alır. Nəvəsinin köməkliyi ilə "Paint" proqramını öyrənən Conça şəkilləri daha sonra sosial mediada paylaşaraq minlərlə izləyici toplayır.


Xəbərə aid fotolar