Hesablama Palatası auditin nəticələrini açıqladı


Digərləri 21 Yan 2019 20:07:00 277 0

Hesablama Palatası auditin nəticələrini açıqladı

Hesablama Palatası Mədəniyyət Nazirliyinin Ağcabədi Regional İdarəsi üzrə 2017-2018-ci illərdə büdcə vəsaitlərinin icrasının vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələrini açıqlaylb.

Son.az bildirir ki, Palatadan Trend-ə verilən məlumata görə, audit 2017-2018-ci illər üzrə 13563,4 min manat vəsaiti əhatə edib.

Mədəniyyət və Turizm Nazirliyinin bazasında Mədəniyyət Nazirliyinin yaradılması ilə əlaqədar Regional İdarənin Əsasnaməsində müvafiq dəyişiklik edilməmiş, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 30 iyun 1993-cü il tarixdə təsdiq etdiyi "7 (8) illik uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin inzibati və xidmətedici heyətinin nümunəvi ştatı"nın tələblərinə əməl edilməyərək artıq ştat vahidləri saxlanılıb.