Astarada narkotik satan şəxsin evindən 5 kq-dan artıq tiryək tapılıb


Digərləri 21 Yan 2019 16:42:00 198 0

Astarada narkotik satan şəxsin evindən 5 kq-dan artıq tiryək tapılıb

Astara sakininin evindən 5 kq tiryək tapılıb

Bakı. Astara sakininin evindən 5 kq tiryək tapılıb. DİN-dən Trend-ə verilən məlumata görə, Astara RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şahağacı kənd sakini, əvvəllər məhkum olunmuş Fikrət Cabbarov narkotik vasitə satarkən cinayət başında yaxalanıb, ondan 17 qram tiryək götürülüb.