Cahangir Hacıyev və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb


Digərləri 21 Yan 2019 15:35:00 188 0

Cahangir Hacıyev və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb

Bu gün Cahangir Hacıyev və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayır.

Bakı. Samir Əli - Bu gün Cahangir Hacıyev və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayır. Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmədə elan olunub ki, zərərçəkmiş qismində Beynəlxalq Bankla yanaşı, "Aqrarkredit bank" və Vergilər Nazirliyi tanınır. Həmçinin bildirilib ki, Camal Bədəlov rus və ingilis dillərində tərcüməçi kimi məhkəmədə iştirak edəcək. Prosesdə barəsində həbs qətimkan tədbiri seçilməyən A.Ramazanov qeyd edib ki, keçmiş "Simurq" klubunun vitse-prezidenti və Zaqatala Olimpiya Kompleksinin rəhbəri vəzifəsində çalışıb. Hakim deyib ki, təqsirləndirilən C.Hacıyevin hüquqlarını müqavilə ilə vəkil Fariz Namazlı və dövlət hesabına Munis Abuzərov müdafiə etmək üçün qoşulub. C.Hacıyev isə dövlət hesabına qoşulan vəkildən imtna edib. Daha sonra C.Hacıyevin müdafiəçisi F.Namazlı vəsatət qaldırıb. O, müvəkkilinin barəsində irəli sürülmüş cinayət işinə xitam verilməsini, sabiq bank sədrinin şüşə qəfəsdən çıxarılıb, yanında əyləşdirilməsini istəyib. Vəsatətlə bağlı qərar növbəti prosesdə elan olunacaq. Məhkəmənin hazırlıq iclası yanvarın 24-də davam etdiriləcək. Xatırladaq ki, 8ötən il dekabrın 21-də C.Hacıyev və digərlərinə əlavə ittiham elan olunmaqla cinayət işinin istintaqı tamamlanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə məlumatına görə, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev banka məxsus külli miqdarda pul vəsaitlərinin mənimsənilməsi və digər faktlara görə başlanmış cinayət işi üzrə təqsirli bilinərək müvafiq məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.