Şəkidə ağır qəza:


Digərləri 21 Yan 2019 14:20:00 225 0

Şəkidə ağır qəza:

Şəki rayonunda yol qəzası baş verib. 

Son.az report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şəki-Qax avtomobil yolunun rayonun İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Tural Əhməd oğlu Səmədovun idarə etdiyi 55-BA-050 dövlət qeydiyyatı nişanlı "Mersedes" markalı avtomobil idarəetmədən çıxaraq qarşıdan gələn 55-BO-086 dövlət qeydiyyatı nişanlı "VAZ-21099" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində sürücü də daxil olmaqla 2 nəfər xəsarət alıb. Onlar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıların vəziyyəti kafi olaraq qiymətləndirilir.

Qəzanın kəskin duman və yolun sürüşkən olması səbəbindən baş verdiyi ehtimal edilir. 

Faktla bağlı araşdırma aparılır.