Röyanın 20 Yanvar paylaşımına da söz tapdılar,


Şou-biznes 21 Yan 2019 10:30:00 621 0

Röyanın 20 Yanvar paylaşımına da söz tapdılar,

Röya Ayxanın İnstaqramda 20 Yanvar faciəsi ilə bağlı etdiyi paylaşım qalmaqala səbəb olub

Əməkdar artist Röya Ayxanın İnstaqramda 20 Yanvar faciəsi ilə bağlı etdiyi paylaşım qalmaqala səbəb olub.

Son.az axşam.az-a istinadən bildirir ki,müğənni sosial media hesabında "Mənim üçün bu gün unudulmur, çünki canlı yaşadım, atamın qollarını qanlı gördüm. Mənim üçün unudulmazdır, çünki neçə ailə başsız qaldı. Oxuduğum hər sevgi hekayəsində İlhamla Fərizə var idi, qərənfil o gündən çiçəklərin ən gözüyaşlısı oldu" sözlərini yazıb.

Lakin yazısında hərf səhvinə yol verərək, "Fərizə" sözünü "Fəridə" yazması sosial şəbəkə istifadəçilərini qıcıqlandırıb. Onlar paylaşımın altında Röyanın adı səhv yazmasını qınayan rəylər yazıblar.   Ayxan isə onları cavabsız qoymayaraq İnstaqramın "Story" hissəsində izləyicilərə cavab verib:


Xəbərə aid fotolar