Azərbaycan Hindistanda keçirilən “Canlı Qucarat 2019” zirvə görüşündə təmsil olunur (FOTO)


Digərləri 21 Yan 2019 09:33:00 661 0

Azərbaycan Hindistanda keçirilən “Canlı Qucarat 2019” zirvə görüşündə təmsil olunur (FOTO)

Hindistanda “Canlı Qucarat 2019” zirvə görüşü keçirilir

Bakı. Yanvarın 18-20-də Hindistanın Qucarat ştatının Qandinaqar şəhərində “Canlı Qucarat 2019” zirvə görüşü keçirilir. 2003-cü ildən təşkil olunan və artıq 9-cu dəfədir ki, keçirilən tədbirin əsas məqsədi Hindistanın iqtisadi potensialının təbliği, investisiya qoyuluşu üzrə müzakirələrin aparılmasıdır. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, 3 gün davam edəcək zirvə görüşü çərçivəsində ticarət, maliyyə, enerji, nəqliyyat və İKT sahələrində seminarlar və dəyirmi masalar təşkil ediləcək.