Kişilərdə sonsuzluq və müalicəsi


Digərləri 20 Yan 2019 22:55:00 678 0

Kişilərdə sonsuzluq və müalicəsi

Kişi sonsuzluğunun müalicə üsulu onun yaranma səbəblərindən asılı olaraq həkim-androloq tərəfindən müəyyən edilir. Hər hansı "özbaşına" müalicə, həmçinin müxtəlif ekstrasenslər və digər "şəfavericilər" tərəfindən aparılan müxtəlf "müalicələr" heç bir nəticə verməyəcəkdir.

Bundan savayı, bu halda, həmçinin xəstəliyin müalicəsi üçün çox əhəmiyyətli hesab olunan vaxt itkisinə də yol verilmiş olacaqdır.

Son.az tibb.az-a istinadən bildirir ki, kişi sonsuzluğunun əsas səbəbi - kişi spermasının keyfiyyətinin aşağı olması (canlı və hərəkətli spermatozoidlərin sayının həddən artıq az olması, spermada spermatozoidlərin, ümumiyyətlə, olmaması və s.) hesab edilir. Bu səbəbdən müalicə zamanı həkimlər əsas diqqəti də spermoqramma göstəricilərinin yaxşılaşdırılmasına yönəldirlər. Xəstəliyin müalicə üsulları ilk növbədə, əlbəttə ki, yaranmış olan pozğunluğun səbəbindən asılı olur. Ancaq xəstəliyin səbəbindən asılı olmayaraq aparılan müalicə sxemlərində ümumi qaydalar da mövcuddur.

Bu qaydalar aşağıdakılardır:

1. Müalicə hər bir halda fərdi olmalıdır, yəni həkim ilk növbədə xəstədə sonsuzluğun səbəblərini müəyyən etməli və yalnız bundan sonra onun müalicəsi üçün xüsusi müalicə sxemi hazırlamalıdır.

2. Müalicə hər bir halda kompleks şəkildə aparılmalıdır, yəni müalicə sxeminə həm əsas dərman preparatları (xəstəliyin səbəbindən asılı olaraq), həm də köməkçi preparatlar (vitamin və mineral kompleksləri, immunomodulyatorlar və s.) daxil edilməlidir.