Rusiya İdlibə zərbə endirdi, ölən və yaralananlar var


Dünya 20 Yan 2019 22:17:00 401 0

Rusiya İdlibə zərbə endirdi, ölən və yaralananlar var

Rusiya Hərbi-Kosmik Qüvvələri Suriyanın İdlib əyalətinin cənub-şərqində yerləşən yaşayış məntəqələrinə və müxalif dəstələrin obyektlərinə aviazərbələr endirib.

Son.az oxu.az-a istinadən bildirir ki, nəticədə iki dinc sakin ölüb, doqquz nəfər yaralanıb.

Bildirilir ki, Cisir Aş-Şuqur rayonunda Xan As-Subul və Biksereye kəndlərinə azı üç aviazərbə endirilib.