Avtomobili sığorta olunan şəxsə 3 dəfə cərimə yazıldı


Digərləri 20 Yan 2019 21:52:00 617 0

Avtomobili sığorta olunan şəxsə 3 dəfə cərimə yazıldı

Avtomobili icbari sığorta olunan şəxsə 3 dəfə cərimə yazılıb. Hadisə paytaxt sakini Canbaxış Nəcəfovun başına gəlib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, o, ötən ilin oktyabr ayının 25-də dövlət qeydiyyat ''90-VS-037'' olan avtomobilini növbəti 1 il üçün icbari sığorta etdirib. Buna baxmayaraq, onun avtomobilinə noyabr ayının 4-də, dekabr ayının 7-də və bu ilin yanvar ayının 2-də sığorta olunmadığına görə cərimə protokolları tərtib edilib.

Bundan sonra avtomobil sahibi məsələnin araşdırılması üçün aidiyyatı qurumlara ərizə ilə müraciət edib.