Milyonlar qazandıran oyuncaq


Digərləri 20 Yan 2019 21:35:00 724 0

Milyonlar qazandıran oyuncaq

Zamanında uşaqların ən çox sevdiyi məşğuliyyətinə çevrilən oyuncaq. Sippiner (stress çarxı) qədər məşhur olan Slinky oyuncağının tarixinə nəzər yetirək. Olduqca sadə görünən bu oyuncaq dəniz mühəndisi Richard Thompson James tərəfindən XX əsrin 40-cı illərinin əvvəllərində kəşf olunub. 1943-cü ildə Riçard hərbi dəniz gəmilərində gəmi alətlərinə nəzarətdə çalışırdı. Əlində olan yay təsadüfən yerə düşür və onun necə əyildiyi, hərəkət etdiyi Riçardın diqqətini çəkir. Bununla da ağlına belə bir oyuncağı-Slinkyni yaratmaq gəlir.

Son.az biznesmen.az-a istinadən bildirir ki, o, 500 dollar borc alaraq, yay hazırlayan maşınların təkminləşdirilməsi ilə məşğul olur. "James Spring & Wire Company" adlı şirkəti qurur və Slinkynin kütləvi istehsalına başlayır. Oyuncağın adı isə arvadı Betty James tərəfindən qoyulur. Slinky-şəffaf və zərif anlamını daşıyır.

ABŞ-ın Pensilvaniya ştatının rəsmi oyuncağı olan Slinkynin satışından 250 milyon dollardan çox gəlir əldə edilir.Doxsan dəqiqədə 400 ədəd satılır. 2002-ci ildə Slinky Pensilvaniyanın rəsmi oyuncaq oyunçusu olur və 2003-cü ildə "Əsrin Oyuncaq siyahısı" adına layiq görülür. İlk 60 ildə Slinky 300 milyon ədəd satılır.