Afinada iğtişaşlar: 10 polis yaralandı


Dünya 20 Yan 2019 20:54:00 397 0

Afinada iğtişaşlar: 10 polis yaralandı

Yunanıstanda parlament binası qarşısında baş verən iğtişaşlar nəticəsində on nəfər polis əməkdaşı xəsarət alıb.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Naftemporiki" nəşrinin məlumatında deyilir.

İğtişaşları Skopye ilə Prespan sazişinə etiraz edən bir qrup anarxist törədib. Onlar polis əməkdaşlarına daş atıblar, cavab addım kimi etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə olunub.