Günahkardan necə ibrət almaq?


Digərləri 20 Yan 2019 20:15:00 644 0

Günahkardan necə ibrət almaq?

İmam Əli (ə) buyurur: "O kəslər ki, günahdan uzaq olublar, Allah da onları çirkinliklərdən amanda saxlayıbdır. Yaxşı olar ki, günahkarlara rəhm etsinlər."

Bu xütbədə İmamın (ə) işarə etdiyi insanlar - ismət əhlidirlər. Onlar o kəslərdir ki, özlərini günahdan saxlayarlar. Bu, o kəslərdir ki, Allah onlara yardım edər ki, əmmarə nəfslərinə qalib gəlsinlər. Onu öz aqil qüvvələrinin əsiri etsinlər. Nəticədə günahı tərk etmək mələkəsi əldə edərlər. Bunlar o kəslərdir ki, Allah bidətlərdən sağlam qalmaq nemətini onlara bağışlayar və onları məhv dərəsinə düşməkdən amanda saxlayar. İmam Əli (ə) ismət əhlinə iki tövsiyə edir. Birinci tövsiyəsi bu idi ki, insanları vəzifələrinə agah etsinlər. Onlara təzəkkür verir ki, günah əhlinə rəhmli olsunlar. Bu mərhəmət o zaman meydana gələr ki, günahkarların halından ibrət alarlar. Təbiidir ki, Allahın layiqli bəndələri, kiminsə günah dərəsinə yuvarlandığını görəndə onların əlindən tutar və onları xilas etməyə çalışarlar.