Maldövlətin bərəkətini aparan amillər


Digərləri 20 Yan 2019 19:40:00 608 0

Maldövlətin bərəkətini aparan amillər

Bir çoxları bu sualı verir ki, niyə malımızın bərəkəti yoxdur? "Bərəkət" sözünün mənası "çoxlu" deməkdir.

"Bərəkət" həm də "davamlı olmaq" deməkdir. Lakin hər bir çox olan şeyə bərəkət deməzlər. Misal üçün itin həmişə balası çox olar. Deməzlər ki, nə qədər bərəkətli övladları vardır.

Bərəkəti aradan aparan amillər çoxdur: namaz qılmamaq, namazı yüngül hesab etmək, təqvasızlıq, xəyanət və sair.

Həzrət Peyğəmbər (s) buyurur: "Dörd şey vardır ki, əgər onlardan biri evə daxil olarsa, xarab olar və bərəkətlə abad olmaz: xəyanət etmək, oğurluq, şərabxorluq, zina".

Qurani-Kərimdə Allah Təala buyurur: "Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz göydən və yerdən onların üzünə bərəkətlər(in qapılarını) açardıq". ("Əraf" 96).