Əşrəf Qani yenə prezident olmaq istəyir


Dünya 20 Yan 2019 18:50:22 486 0

Əşrəf Qani yenə prezident olmaq istəyir

Əfqanıstanın hazırkı prezidenti Əşrəf Qani 2019-cu ildə keçiriləcək prezident seçkiləri üçün namizədliyini irəli sürüb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Əfqanıstanda prezidenti öz "Twitter" səhifəsində yazıb.

Ə.Qani bildirib: "Əmrullah Saleh və Sərvər Danişlə birgə namizədliyimi iyul seçkiləri üçün qeydiyyatdan keçirmək mənim üçün şərəfdir. Çünki biz - dövlət qurucuları komandasıyıq, bizim diqqətimiz bundan sonra da güclü, müstəqil dövlətin qurulmasında cəmləşəcək. Bu səylərdə biz xalqımıza xidmət edən dövlətin qanuniliyini təhlükəyə atmayacağıq".