Daşkənddə dəyəri 1 milyon dollardan çox olan qədim xəzinə tapılıb


Dünya 20 Yan 2019 18:37:00 429 0

Daşkənddə dəyəri 1 milyon dollardan çox olan qədim xəzinə tapılıb

Özbəkistan Milli Universitetinin alimləri Daşkəndin tarixi binalarından birində ümumi dəyəri milyon dollardan çox olan qədim xəzinə tapıblar.

Son.az bildirir ki, kun.uz nəşrinin yaydığı məlumata görə, həmin qiymətli əşyalar 80 ildir itmiş sayılırdı. Xəzinə binanın zirzəmisinin altında yerləşən gizli tikilidə tapılıb. Mütəxəssislər o cümlədən Romanovların Daşkənddəki sarayının 1918-ci il kolleksiyasından olan eksponatlar və Stalin repressiyaları qurbanlarına, habelə zadəganlara və Avropadan Sankt-Peterburqa köçmüş alimlərə məxsus əşyalar aşkarlayıblar.