Milli Şura Şəhidlər Xiyabanında qarşıdurma yaratdı - 20 nəfər saxlanıldı


Digərləri 20 Yan 2019 17:29:00 521 0

Milli Şura Şəhidlər Xiyabanında qarşıdurma yaratdı - 20 nəfər saxlanıldı

Bu gün Ümumxalq hüzn günü - 20 Yanvar şəhidlərinin anım mərasimi ilə əlaqədar "milli şura" adalanan qurumun rəhbərləri və fəalları Şəhidlər Xiyabanında mövcud qaydaları kobud şəkildə pozaraq, ictimai asayişi və nizam intizamı təmin edən hüquq mühafizə orqanlarının nümayəndələri ilə ciddi qarşıdurma yaradıblar

Bakı. Bu gün Ümumxalq hüzn günü - 20 Yanvar şəhidlərinin anım mərasimi ilə əlaqədar "milli şura" adalanan qurumun rəhbərləri və fəalları Şəhidlər Xiyabanında mövcud qaydaları kobud şəkildə pozaraq, ictimai asayişi və nizam intizamı təmin edən hüquq mühafizə orqanlarının nümayəndələri ilə ciddi qarşıdurma yaradıblar. Trend-in məlumatına görə, polis tələblərə uyğun olaraq və anım mərasiminə qatılan vətəndaşların təhlükəsizliyini, nizam intizamı təmin etmək məqsədilə Şəhidlər Xiyabanına keçid norması müəyyənləşdirib və vətəndaşları qrup şəklində buraxır. Sübh tezdən Şəhidlər Xiyabanına gedən dövlət qurumlarının, ayrı-ayrı təşkilat və müəssisələrin əməkdaşları da məhz bu qaydaya uyğun keçirlər. Saat 15:00-da öz tərəfdaşları ilə Şəhidlər Xiyabanına gələn Əli Kərimli keçid qaydalarına riayət etməyəcəklərini bildirib, onun tərəfdarları isə kordonu yararaq polislə qarşıdurma yaradıb.