İranda QƏZA:


Dünya 20 Yan 2019 12:44:00 427 0

İranda QƏZA:

İranın Bafq-Bəndər və Abbas rayonlarının ərazisində yük qatarının 12 vaqonu resldən çıxıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə bu gün baş verib. Məlumata görə, İranın Yəzd vilayətinin Bafq rayonundan Hörmüzqan vilayətinin Bəndər Abbas rayonuna doğru hərəkət edən qatar Cənnətabad-Bəyaz stansiyaları arasında relsdən çıxıb. Ümumilikdə qatara 43 vaqon qoşulduğu bildirilir.

Hazırda bu istiqamətdə yol bağlı olduğundan qatarların hərəkəti dayandırılıb.