20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib,


Digərləri 20 Yan 2019 12:10:00 458 0

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib,

Bu gün saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsinin anımı ilə əlaqədar ölkə ərazisində nəqliyyat vasitələri və piyadaların hərəkəti bir dəqiqəlik dayandırılıb.

Son.az Trend-ə istinadən bildirir ki, nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar siqnal verib.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.