Qaradənizdə “Volqo Balt 214” gəmisinə aid içərisində 1 cəsəd olan xilasedici qayıq aşkar edilib


Digərləri 20 Yan 2019 11:27:00 456 0

Qaradənizdə “Volqo Balt 214” gəmisinə aid içərisində 1 cəsəd olan xilasedici qayıq aşkar edilib

Qaradənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında qəzaya uğrayan Panama bayrağı altında üzən “Volgo Balt 214” gəmisi ilə bağlı Türk Silahlı Güvənlik Hərəkət Mərkəzi tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə məlumat daxil olub

Bakı. Qaradənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında qəzaya uğrayan Panama bayrağı altında üzən “Volgo Balt 214” gəmisi ilə bağlı Türk Silahlı Güvənlik Hərəkət Mərkəzi tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə məlumat daxil olub. Dövlət Dəniz Agentliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata, daxil olan məlumatda bildirilir ki, Vanuatu bayrağı altında üzən “NURS” quru yük gəmisi Rusiya Federasiyasının Tuapse limanından 48 mil qərbə “Volqo Balt 214” gəmisinə aid içərisində 1 cəsəd olmaqla xilasedici qayıq aşkar edib.