ABŞda 6,7 mindən çox aviareys ləğv olundu


Dünya 20 Yan 2019 11:13:00 326 0

ABŞda 6,7 mindən çox aviareys ləğv olundu

ABŞ-ın şimal-şərq hissələrində bərk qar yağması səbəbindən 6783 aviareys ləğv olunub.

Son.az report-a istinadən bildirir ki, bu barədə "FlightAware" saytı məlumat yayıb.

CNN telekanalının məlumatına görə, pis hava şəraitinin törətdiyi fəsadlar Missuri və Men ştatları arasındakı ərazidə yaşayan 100 milyon insana təsir edə bilər.

Belə ki, Tennesi və Missisipi ştatlarında yağış və tufan davam edir, İllinoys, Miçiqan və Ohayoda şiddətli külək əsir, Nyu-York və Pensilvaniya ştatlarında isə sinoptiklər yağış və bol qar proqnozlaşdırırlar.