İsveçrə və Azərbaycan fotoqraflarının birgə fotosərgisi təşkil ediləcək


Digərləri 20 Yan 2019 07:21:44 482 0

İsveçrə və Azərbaycan fotoqraflarının birgə fotosərgisi təşkil ediləcək

İsveçrənin Azərbaycandakı səfirliyi İsveçrə və Azərbaycan fotoqraflarının birgə fotosərgisini təşkil edir.

Bakı. İsveçrənin Azərbaycandakı səfirliyi İsveçrə və Azərbaycan fotoqraflarının birgə fotosərgisini təşkil edir. Trend-ə səfirlikdən verilən məlumata görə, Sedrik Kristofer Merklinin “Yustistalda pendir bölüşdürülməsi” və Elmar Mustafazadənin “Sənətkarlıq ustaları” adlı fotosərgisinin açılış mərasimi Çərşənbə Günü, 23 yanvar 2019-cu il, saat 19.00-da Müasir İncəsənət Muzeyində olacaq. Sərgi 5 fevral 2019 – cu il tarixinə qədər davam edəcək. Merklinin fotoları İsveçrə Alpında fermerlərin qədim ənənəsinin qeyd olunmasına həsr edilib. “Xestaylet” adlanan 300 illik bu ənənə Yustistalda hər payız bayram edilir. Cənab Mustafayevin fotoları Azərbaycanda qədim və ənənəvi sənətkarlığı əks etdirir. Bu fotolar sənətkarlığa və qədim Azərbaycan incəsənətinin təbliğinə həsr olunub. Məkan: Müasir İncəsənət Muzeyi Keçirilmə vaxtı: 23.01. – 05.02.2019