Gecənin səssizliyində hədəfləri məhv edə bilərlər


Digərləri 19 Yan 2019 23:12:00 647 0

Gecənin səssizliyində hədəfləri məhv edə bilərlər

Azərbaycan özəlliklərindən birinin tamamilə səssiz olması olan "SkyStriker" kimi döyüş sursatını ilk dəfə əldə edəcək.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bunu hərbi ekspert Üzeyir Cəfərov bildirib.

İsrailin müdafiə konserni olan Elbit Systems Azərbaycan Silahlı Qüvvələrinin cəbbəxanasını "SkyStriker" adlı uzaqdan idarə olunan uçuş aparatları ilə zənginləşdirib. Bu barədə İsrailin "Jerusalem Post" qəzeti məlumat yayıb. Burada bildirilir ki, Azərbaycan sözügedən hərbi komponenti əldə edən ilk xarici ölkədir.

Cəfərov xatırladıb ki, Azərbaycanla İsrail arasında bir sıra sahələrdə, eləcə də hərbi-texniki sahədə çox sıx əlaqələr mövcuddur. İsrail müntəzəm olaraq Azərbaycanı zəruri silah, texnika və döyüş sürsatı ilə təmin edir.

Ekspertin sözlərinə görə, Azərbaycan artıq İsrailin silah konserni ilə razılıq əldə edib. Bu razılaşmaya əsasən artıq bu ilin birinci rübündə sözügedən sürsat Azərbaycan hərbçilərində olacaq. Eyni zamanda o, bu komponentin ön cəbhə xəttindəki qoşunlar üçün ciddi vəsait olduğunu, düşmənin canlı qüvvəsinin və texnikasının vaxtında aşkarlanması və məhv edilməsi üçün istifadə ediləcəyini bildirib.

Azərbaycan ilk dəfədir ki, belə bir döyüş texnikası əldə edəcək. Buna qədər Azərbaycan ordusunda digər ölkələrin istehsalı olan baraj tipli döyüş texnikası olub. Lakin onların göstəriciləri İsrailinkilərə nisbətən zəifdir. İsrailin silahları və hərbi texnikası indiyədək mövcud olanlardan daha güclü və daha müasirdir.

"Bu hərbi texnikanın taktiki-texniki xarakteristikası Azərbaycanda mövcud olan digər oxşar döyüş texnikasından xeyli fərqlənir. Onlar daha çox dəqiqliyə və uzaq məsafələrdəki hədəfləri vurmaq qabiliyyətinə malikdirlər " - Cəfərov bildirib.

Onun sözlərinə görə, 2019-cu ildə İsrail Azərbaycana həmçinin rabitə avadanlıqları və digər məqsədlər üçün silahlar göndərəcək.

Öz növbəsində hərbi ekspert, "Avrasiya.Ekspert" portalının müəllifi Aleksandr Yermakov bildirib ki, baraj tipli döyüş texnikası yüksələn xətt üzrə inkişaf edən silahlara aiddir. Faktiki olaraq bu, birdəfəlik "PUA-kamikadze"dir. O, hədəf sahəsinə buraxılandan bir müddət sonra onu məhv edir. Özü də bunu bomba və yaxud raket vasitəsilə deyil, daxili enerjisi sayəsində özünü hədəfə çırpmaq yolu ilə edir.